LOR Hospital · Bakı

Qulaq-burun-boğaz cərrahı və foniatr Op. Dr. Dilşad Şadlinskaya

Bakı, LOR Hospital · uşaq və böyüklər üçün qulaq, burun, boğaz və səs problemlərinin müayinəsi, müalicəsi və cərrahiyyəsi

Op. Dr. Dilşad Şadlinskaya kabinetində, arxada adı yazılmış yaşıl lövhə

Op. Dr. Dilşad Şadlinskaya Bakıda, LOR Hospital-da (Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 19K) uşaq və böyüklərə qəbul edən qulaq-burun-boğaz (LOR) cərrahı və foniatrdır. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib, otorinolarinqologiya üzrə rezidenturanı A.M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçib. Əsas iş sahələri adenoid və badamcıq problemləri, burun və sinus cərrahiyyəsi, orta qulaqda maye, səs və qırtlaq xəstəlikləridir.

Müayinə

Diaqnoz gözlə görməklə başlayır

Qulaq-burun-boğaz orqanlarının böyük hissəsi adi baxışla görünmür: adenoid burun boşluğunun arxasında, səs telləri qırtlağın dərinliyində yerləşir. Dr. Şadlinskaya müayinəni endoskopla aparır: görüntü monitorda əks olunur, xəstə və ya valideyn problemi həkimlə birlikdə görür. Həkimin öz sözləri ilə: "düzgün diaqnoz qoymaq üçün gözlə görmək əsas amillərdən biridir." Bəzən dərman müalicəsi kifayət edir, bəzən isə problem yalnız cərrahi yolla həll olunur — qərar diaqnozdan sonra verilir.

LOR müayinəsi və endoskopiya

Uşaq LOR-u

Uşaqlarla iş

  • Qorxutmadan izah

    Uşağa müayinədə və əməliyyatdan sonra nə olacağı yaşına uyğun, səmimi izah edilir; həkim valideynlərdən uşağı "həkim iynə vurar" deyə qorxutmamağı xahiş edir.

  • Əməliyyat — ümumi anesteziya ilə

    Əks-göstəriş yoxdursa, uşaqlarda burun-boğaz əməliyyatları ümumi anesteziya altında aparılır; həkim yerli keyitmə ilə əməliyyatın uşaqda psixoloji travma yarada biləcəyini vurğulayır.

  • Əksər hallarda həmin gün evə

    Planlı adenoid və badamcıq əməliyyatlarından sonra uşaq adətən bir neçə saatlıq müşahidədən sonra evə yazılır.

  • Kontrol müayinələr

    Əməliyyatdan sonra sağalma kontrol müayinələrlə izlənilir.

Uşaq LOR-u

Foniatriya

Səs və qırtlaq — foniatriya

Dr. Şadlinskaya cərrahiyyə ilə yanaşı səs xəstəlikləri ilə məşğul olan foniatrdır. Larinqologiya və səs terapiyası üzrə İstanbul, Tallinn və Bakıda kurslar keçib; 30-cu UEP Konqresinin (2023) fakültə heyətində olub, VoiceIstanbul 2024 konqresində müğənnilərin səs sağlamlığı mövzusunda məruzə edib.

Səs və qırtlaq

Op. Dr. Dilşad Şadlinskaya «Foniatriyada yeni üfüqlər» konqresində, konqres bannerinin önündə digər iştirakçılarla
«Foniatriyada yeni üfüqlər» konqresi, Bakı, 2026
Op. Dr. Dilşad Şadlinskaya kabinetində, adı yazılmış yaşıl lövhənin altında

Həkim haqqında

Qısa faktlar

Həkim
Op. Dr. Dilşad Şadlinskaya
İxtisas
Qulaq-burun-boğaz cərrahı, foniatr
Klinika
LOR Hospital — Qulaq Burun Boğaz və Baş-Boyun Mərkəzi
Ünvan
Bakı, Nərimanov r., Əhməd Rəcəbli küç. 19K, AZ1075
Qəbul olunanlar
Körpələr, uşaqlar və böyüklər
Təhsil
Azərbaycan Tibb Universiteti (2007–2013, fərqlənmə diplomu)
Rezidentura
A.M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, otorinolarinqologiya (2013–2017)
Üzvlük
Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi

Həkim haqqında ətraflı Təhsil və konqreslər

Televiziya və videolar

Media

  • AzTV, "Analar akademiyası" — burun-boğaz xəstəlikləri (2019) · bax
  • VoiceIstanbul 2024 — müğənnilərin səs sağlamlığında səs həkiminin rolu (məruzə)
  • YouTube kanalı: adenoid, orta qulaqda maye, dodaq bağı, körpələrdə burun təmizliyi haqqında qısa videolar

AzTV15.11.201935 dəq.

«Analar akademiyası»: burun-boğaz xəstəlikləri müzakirə olunur

İzləyin

YouTube kanalıiyun 202537 san.

Orta qulağa maye toplanarsa nə baş verər? Eşitmə necə olar?

İzləyin

Bütün videolar və çıxışlar

Ünvan

Ünvan və əlaqə

LOR Hospital — Qulaq Burun Boğaz və Baş-Boyun Mərkəzi
Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli küç. 19K, AZ1075

Nərimanov metrosunun yaxınlığı

Əlaqə və xəritə

Saytda axtarış

Qəbula yazılın

Op. Dr. Dilşad Şadlinskaya LOR Hospital-da qəbul edir.

Formda xəstəliyiniz barədə ətraflı tibbi məlumat və ya sənəd göndərməyin — bunu qəbulda həkimlə müzakirə edəcəksiniz.

Op. Dr. Dilşad Şadlinskaya

Rəqəmsal vizitkart

Op. Dr. Dilşad Şadlinskaya

Qulaq-burun-boğaz cərrahı, foniatr

LOR Hospital · Bakı, Nərimanov r., Əhməd Rəcəbli küç. 19K

Kontaktı yadda saxla

Video

YouTube-da açın